Polşa klubu Balayevi niyə almaq istəmir?

16 Yanvar 2020 14:15 Milli komanda 1 544
Polşa klubu Balayevi niyə almaq istəmir?

"Tobol" rəhbərliyi Emil Balayevlə vidalaşmağa hazırlaşır.

Sportinfo.az-ın məlumatına görə, Qazaxıstan klubu bu məqsədlə menecerlərlə görüşmələrə başlayıb.

Kostanay təmsilçisi millimizin qapıçısını icarəyə vermək yox, satmaq fikrindədir. Agentlərdən ona təcili yeni komanda tapmaları istənilib.

Balayev artıq yerli qazax klublarıyla yanaşı, Türkiyə, Rusiya, Polşa komandalarına da təklif olunub. "Zaqlembe" də onların arasındadır.

Sadəcə, polşalılar Balayevi bahalı futbolçu hesab edir və onun tranfserinə bir elə isti yanaşmırlar.

Yığmamızın "1 nömrə"si ötən mövsüm "Tobol"un əsas heyət üzvü olub. Vəziyyətin 180 dərəcə dəyişməsi yeni baş məşqçinin - Qriqori Babayanın gəlişiylə bağlıdır. Emil erməni çalışdırıcının rəhbərliyi altında oynamaq niyyətində deyil.

Digər Xəbərlər
Xəbər Lenti