Yığmamızın yarımmüdafiəçisini cəzalandırdılar - VİDEO

16 Yanvar 2020 15:19 Milli komanda 516
Yığmamızın yarımmüdafiəçisini cəzalandırdılar - VİDEO

İspaniya 2-ci liqasında 23-cü turun oyunları keçirilib.

Sportinfo.az xəbər verir ki, Azərbaycan milli komandasının yarımmüdafiəçisi Eddi İsrafilovun formasını geyindiyi “Albasete” də növbəti matçına çıxıb.

Sözügedən klub doğma meydanda “Fuenlabrada” ilə qarşılaşıb. Futbolçumuzun komandası bu oyundan heç-heçə ilə ayrılıb – 1:1.

İsrafilov da bu oyunun iştirakçısı olub. Son turlarda cəzalı olduğu üçün oynamayan millimizin üzvü bu oyunda start heyətdə meydana çıxıb və sonadək mübarizə aparıb.

O, 64-cü dəqiqədə sarı vərəqə ilə də cəzalanıb. “Albasete” hazırda 28 xalla 22 iştirakçı arasında 15-ci pillədə qərarlaşıb.

Digər Xəbərlər
Xəbər Lenti
23 Aprel 18:40 “İki seçimimiz var”
23 Aprel 16:30 Çək və bizə göndər!