Renat Dadaşov "Vulverhempton"da 2 qol vurdu!

15 Yanvar 2020 12:42 Milli komanda 2 100
Renat Dadaşov "Vulverhempton"da 2 qol vurdu!

Yayda transfer olduğu "Vulverhempton"a qayıdan Renat Dadaşov "canavarlar"ın U-23 komandasında növbəti oyununu keçirib və 2 qol vurub.

Sportinfo.az xəbər verir ki, millimizin forvardı "Birmingham County Senior Challenge Cup"da dubl edib.

"Tivideyl"lə qarşılaşmada qazanılan 6:0 hesablı qələbədə pay sahibi olan 20 yaşlı hücumçu mövsümün ilk yarısını icarə əsasında Portuqaliyanın "Pakuş" klubunda keçirib. "Vulverhempton" Renatı yenidən icarəyə vermək üçün klub axtarır.

Digər Xəbərlər
Xəbər Lenti
19 Aprel 16:30 Çək və bizə göndər!
19 Aprel 11:20 GƏLİN və GÖRÜN!
19 Aprel 02:50 Nicat yenə məğlub oldu
19 Aprel 01:00 "Futbol əməliyyatı"