Renat Dadaşov "Vulverhempton"da debüt etdi!

13 Yanvar 2020 11:53 Milli komanda 1 661
Renat Dadaşov "Vulverhempton"da debüt etdi!

Milli komandamızın hücumçusu Renat Dadaşov "Vulverhempton"un heyətində debüt edib.

Sportinfo.az xəbər verir ki, söhbət "canavarlar"ın U-23 komandasından gedir.

Qış fasiləsi yaranan kimi icarədə olduğu "Pakuş"dan geri qaytarılan 20 yaşlı forvard komandasının "Blekbörn"ə qarşı görüşündə 86 dəqiqə meydanda olub. "Vulves" 0:1 hesabı ilə məğlub olub.

İngiltərə təmsilçisinin Renatı başqa bir kluba icarəyə verəcəyi gözlənilir.

Digər Xəbərlər
Xəbər Lenti