Türkiyə - Azərbaycan oyunu üçün 2 şəhər

11 Yanvar 2020 16:55 Milli komanda 1 272
Türkiyə - Azərbaycan oyunu üçün 2 şəhər

Bu ilin may ayında Türkiyə və Azərbaycan yığmaları arasında keçiriləcək yoldaşlıq matçının hansı şəhərdə olacağı müəyyənləşib.

Sportinfo.az qardaş ölkə mətbuatına istinadən xəbər verir ki, qarşılaşma Antalya və ya Alanyada oynanılacaq. Bu barədə "ay-ulduzlular"ın baş məşqçisi Şenol Günəş deyib: "Azərbaycanla Antalya və ya Alanyada hazırlıq oyunu keçirəcəyik".

Qeyd edək ki, Türkiyə millisi AÇ-2020-nin qrup mərhələsinin 2 oyununu Bakıda keçirəcək.

Digər Xəbərlər
Xəbər Lenti