Rüfət Dadaşov Bundesliqanı ABŞ çempionatına dəyişdi

11 Yanvar 2020 14:16 Milli komanda 1 848
Rüfət Dadaşov Bundesliqanı ABŞ çempionatına dəyişdi

Milli komandamızın hücumçusu Rüfət Dadaşov "Proyssen"i tərk edir. Sportinfo.az xəbər verir ki, bu barədə Münster təmsilçisinin direktoru Malte Metselder klubun rəsmi saytına açıqlamasında deyib. O, 28 yaşlı futbolçunun artıq "Proysen"də oynamaq istəmədiyini bildirib:

"Bizə bu vəziyyətdə qeyd-şərtsiz komandaya xidmət edən və klubun hədəflərinə 100 faiz sadiq qalan futbolçular lazımdır. Təəssüf ki, Rüfət artıq bu komandanın bir hissəsi olmaq istəmir və şəxsi hədəflərini ön plana çıxarır".

Saytın yaydığı məlumatda Rüfətin karyerasını ABŞ-da davam etdirəcəyi qeyd olunub. Onun ikinci liqada mübarizə aparan "Feniks Rizinq" klubuna keçəcəyi bildirilib. Futbolçunun xahişinə əsasən, "Proyssen" rəhbərliyi keçidin detallarını açıqlamayacaq.

Dadaşov 2018-ci ilin yayından "Proyssen"də çıxış edirdi.

Digər Xəbərlər
Xəbər Lenti
26 Aprel 18:10 Çək və bizə göndər!
26 Aprel 01:40 "O, bizə yalan dedi"