AFFA dəvət göndərdi, Samir Əliyev milliyə çağırdı

11 Yanvar 2020 16:15 Milli komanda 1 492
AFFA dəvət göndərdi, Samir Əliyev milliyə çağırdı

19 yaşadək futbolçulardan ibarət Azərbaycan yığması yanvarın 14-dən 17-dək Bakıda, yanvarın 18-dən 28-dək Türkiyənin Antalya şəhərində təlim-məşq toplanışında olacaq.

Sportinfo.az xəbər verir ki, Samir Əliyev hazırlıq prosesi, eyni zamanda yanvarın 25-də və 27-də Makedoniyanın müvafiq yaş qrupundan ibarət komandası ilə keçiriləcək yoldaşlıq oyunları üçün heyəti açıqlayıb. Türkiyənin "Alanyaspor" klubunun hücumçusu Mustafa Yıldırım da U-19-a cəlb olunub..

Təlim-məşq toplanışına dəvət olunmuş futbolçuların siyahısını təqdim edirik.

U-19-un heyəti: Rüstəm Samiqqulin, Nemət Musayev, Nazim Həsənzadə, Balamirzə Sultanov, Tural Nəsirov (hamısı "Sabah"), Vüsal Şabanov ("Zaqatala"), Muşviq Nadirov, Nemət Şixamirov, Rüfət Əhmədov, Samir Məhərrəmli, Veysəl Rzayev (hamısı "Qəbələ"), Emil Bayramov ("Obolon", Ukrayna), Şamil Cəfərov, Elvin Əliyev (hər ikisi "Səbail"), Şirin Şirinov, İbrahim Novruzov, Samir Abdullayev (hamısı "Keşlə"), Raul Musayev ("Zirə"), Fərid Yusifli ("Neftçi"), Asif Mirzəyev ("Torpedo", Moskva, Rusiya), Elçin Qasımov ("Turan Tovuz"), Mustafa Yıldırım ("Alanyaspor", Turkiyə), Camal Cəfərov ("Anji", Rusiya)

Digər Xəbərlər
Xəbər Lenti