İki klub millimizin sabiq üzvünə təklif göndərdi

11 Yanvar 2020 11:37 Milli komanda 1 339
İki klub millimizin sabiq üzvünə təklif göndərdi

Millimizin sabiq üzvü Vüqar Əskərov tezliklə yeni komandada peyda ola bilər. Sportinfo.az xəbər verir ki, 34 yaşlı hücumçuya Latviya klublarından təklif var.

Bu barədə məlumatı yerli mətbuat yazıb. İddiaya görə, "Yelqava" və "Dauqavpils" komandaları təcrübəli futbolçunun xidmətində maraqlıdırlar. Əskərovun yaxın günlərdə ikincilərin rəhbərliyi ilə görüşüb, müqavilə şərtlərini müzakirə edəcəyi bildirilir.

Qeyd edək ki, bir müddət öncə karyerasını bitirmək istədiyini deyən Vüqarın son klubu "Liepaya" olub.

Digər Xəbərlər
Xəbər Lenti
26 Aprel 18:10 Çək və bizə göndər!
26 Aprel 01:40 "O, bizə yalan dedi"