"Bu şansdan istifadə edə bilmədim, heç kimi günahlanhdırmaq istəmirəm"

10 Yanvar 2020 22:25 Milli komanda 1 364
"Bu şansdan istifadə edə bilmədim, heç kimi günahlanhdırmaq istəmirəm"

"Dinamo"dan ayrılmağımın xüsusi səbəbi yoxdur. Sadəcə ola bilsin, özümü yaxşı tərəfdən göstərə bilmədim.

Həmişə hər şey futbolçunun özündən asılıdır, bir az da baş məşqçidən. Mənə verilən şansdan istifadə edə bilmədim. Heç kimi günahlanhdırmaq istəmirəm".

Sportinfo.az xəbər verir ki, bu sözləri millimizin futbolçusu Ramil Şeydayev "CBC Sport"a "Dinamo"dan (Moskva) ayrılması haqda danışarkən deyib.

O, karyerasının harada davam etdirəcəyi ilə bağlı isə bunları bildirib: "Krılya Sovetov"la qayıtmağımla bağlı məsələ hələ dəqiq deyil. Azərbaycana dönmək variantı da ola bilər. Amma "Dinamo"dan təzə ayrıldığımdan hələ heç bir klubla danışıqlar olmayıb".

Digər Xəbərlər
Xəbər Lenti