AFFA türk futbolçuya dəvət göndərdi - NÖVBƏTİ MİLLİLƏŞDİRMƏ

10 Yanvar 2020 11:20 Milli komanda 1 299
AFFA türk futbolçuya dəvət göndərdi - NÖVBƏTİ MİLLİLƏŞDİRMƏ

19 yaşadək futbolçulardan ibarət yığmamızın heyətinə yeni futbolçu çağırılıb.

Sportinfo.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, AFFA "Alanyaspor"un oyunçusu Məhəmməd Mustafa Yıldırıma dəvət göndərib. Superliqa təmsilçisinin U-19 komandasında çıxış edən gənc hücumçunun yanvarın 18-dən 28-dək Antalyada baş tutacaq toplanışda iştirak edəcəyi bildirilib.

Qeyd edək ki, U-19 millimiz bu ilin oktyabrında AÇ-2021-in seçmə mərhələsində Fransa, Yunanıstan və Moldova ilə qarşılaşacaq.

Digər Xəbərlər
Xəbər Lenti
25 Aprel 18:10 Çək və bizə göndər!