Azərbaycanlı futbolçu ona arxa çevirən klubu məhkəməyə verir?

10 Yanvar 2020 10:33 Milli komanda 797
Azərbaycanlı futbolçu ona arxa çevirən klubu məhkəməyə verir?

Moskvan “Dinamo”sunun müqaviləni ləğv etməsi Ramil Şeydayevi narazı salıb.

“Sport-ekspress” qəzeti yazıb ki, futbolçunun yaxınları Ramilin hələ daha yarım il – müqaviləsinin müddəti başa çatana qədər “Dinamo”da oynayacağını nəzərdə tutubmuş.

Sportinfo.az xəbər verir ki, bu məsələ ilə əlaqədar Rusiya Futbol İttifaqının Mübahisəli Məsələlər üzrə Palatasına müraciət ediləcəyi istisna olunmur.

Amma həmkarlarımız yazıb ki, “Dinamo” hüquqi tərəfdən öz mövqeyini qoruyacağına əmindir. “Çünki futbolçu kluba keçəndə müqavilənin 2020-ci ilin yanvarın 15-nə qədər ləğvinin mümkünlüyünə dair razılıq da olub” – deyə qəzet bildirib.

“Dinamo” rəsmən R.Şeydayevlə müqavilənin ləğv olunduğunu açıqlayıb.

Digər Xəbərlər
Xəbər Lenti
19 Aprel 16:30 Çək və bizə göndər!
19 Aprel 11:20 GƏLİN və GÖRÜN!
19 Aprel 02:50 Nicat yenə məğlub oldu
19 Aprel 01:00 "Futbol əməliyyatı"