Millimizin futbolçusunun bərbəri erməni Manukyan - FOTO

9 Yanvar 2020 13:35 Milli komanda 1 505
Millimizin futbolçusunun bərbəri erməni Manukyan - FOTO

Almaniyanın "blick.de" saytı Azərbaycan millisinin yarımmüdafiəçisi Dmitri Nazarovla bağlı maraqlı məlumat paylaşıb.

Sportinfo.az xəbər verir ki, portal "Erzgebirge"də çıxış edən millimizin futbolçusunun bərbərinin erməni olduğunu yazıb.

Məlumata görə, 2014-cü ildən Azərbaycan milli komandasında forma geyinən 30 yaşlı yarımmüdafiəçi Aue şəhərində biznesə başlamış erməni Ovik Manukyanın ilk tanınmış müştərisi olub. Xəbəri bərbər özü də təsdiqləyib.

Manukyan açıqlamasında doğma ölkəsinin müharibə şəraitində olduğunu da diqqətə çatdırıb.

Digər Xəbərlər
Xəbər Lenti
25 Aprel 18:10 Çək və bizə göndər!