"Azərbaycanın heyətində adətən tv-dən izlədiyimiz ulduz futbolçulara qarşı oynamışam"

9 Yanvar 2020 13:25 Milli komanda 749
"Azərbaycanın heyətində adətən tv-dən izlədiyimiz ulduz futbolçulara qarşı oynamışam"

Millimizin yarımmüdafiəçisi Dmitri Nazarov yığmamız və klubu "Erzgebirge"dəki karyerası barədə maraqlı fikirlər səsləndirib.

Sportinfo.az xəbər verir ki, 30 yaşlı futbolçu Azərbaycan yığmasının heyətində çıxış etdiyi üçün şanslı olduğunu deyib. Dünyanın bir çox tanınmış futbolçularına qarşı oynadığını bildirən Nazarov sözlərinə Aue təmsilçisi ilə əsas Bundesliqaya çıxmaq arzusunda olduqlarını əlavə edib.

"2018/2019 mənim karyeram üçün ən çətin dönəm idi. Oyun praktikam az olduğu üçün ritmimi tamam itirmişdim. Avqustda baş məşqçi təyin edilən Dirk Şuster güclü tərəflərimi bilirdi. Baş məşqçi məndən müdafiə işi də tələb edir. Mövsümün ilk dövrəsi yaxşı alındı, amma bundan da yaxşısı ola bilər.

İkinci dövrədə komanda olaraq daha uğurlu çıxış edəcəyimizə inanıram. Əla kollektivimiz və güclü məşqçi korpusumuz var. Əsas hədəfimiz Bundesliqaya yüksəlməkdir. Düzdür, Azərbaycan yığmasının heyətində adətən televiziyada oyunlarını izlədiyimiz ulduzlara qarşı çıxış etmək imkanı qazanmışam. Bunun üçün özümü çox şansl hesab edirəm".

Hazırda İspaniyada təlim-məşq toplanışında olan Almaniya klubunun əsas heyət üzvü cari mövsüm ikinci Bundesliqada 7 qol vurub.

Digər Xəbərlər
Xəbər Lenti