Emil Balayev Türkiyədə!

9 Yanvar 2020 11:08 Milli komanda 1 595
Emil Balayev Türkiyədə!

"Tobol"un prezidenti Nikolay Panin Qazaxıstan mətbuatına komandanın əsas qapıçısı Emil Balayev haqda danışıb.

Sportinfo.az xəbər verir ki, o, komanda ilə təlim-məşq toplanışı üçün Dubayda olan millimizinin qolkiperinin Türkiyəyə getdiyini deyib.

"Emil Balayev bizimlə birlikdə Dubaya uçmuşdu. Ancaq onun Türkiyədə reabilitasiya keçməsi planlaşdırılıb. Balayev artıq ora yollanıb və toplanışın bir hissəsini Türkiyədə keçirəcək, fərdi praqrama əsasən çalışacaq".

Xatırladaq ki, "Tobol"a erməni Qriqori Babayanın baş məşqçi postuna təyinatından sonra Balayevin komandanı tərk edəcəyi iddia olunur.

Digər Xəbərlər
Xəbər Lenti