Axundovdan Tərlan Əhmədovun milliyə gedəcəyi xəbərinə - REAKSİYA

8 Yanvar 2020 20:35 Milli komanda 1 070
Axundovdan Tərlan Əhmədovun milliyə gedəcəyi xəbərinə - REAKSİYA

"Keşlə"nin Müşahidə Şurasının sədri Zaur Axundov komandanın baş məşqçisi Tərlan Əhmədovun Azərbaycan millisinin sükanı arxasına əsas namizədlərdən olması ilə bağlı yayılan xəbərlərə münasibət bildirib.

Sportinfo.az xəbər verir ki, AFFA-nın bu gün keçirilən növbədənkənar konfransından sonra jurnalistlərə açıqlama verən klub rəsmisi məlumatı nə təsdiq, nə də təkzib edib. O, Əhmədovla bu barədə danışmadığını söyləyib:

"Təbii, klub rəhbəri kimi buna ancaq sevinərəm. Tək Tərlan Əhmədov yox, istənilən futbolçumuzun milliyə dəvət alması belə bizi sevindirir. Mən də mətbuatdan oxumuşam. Əslində bu cür məsələlərin işıqlandırılması təqdirəlayiqdir. O deməkdir ki, yerli mütəxəssislərə inam var.

Mətbuatdan oxuduğum qədər namizədlər arasında tək Tərlan müəllimin yox, Samir Abasov və Ayxan Abbasovun da adları var. Amma baş məşqçi ilə bu barədə söhbətimiz olmayıb. Əhmədov hazırda bütün fikrini komandanın qış toplanışına yönəldib. Hər şeyi zaman göstərəcək".

Məlumat üçün deyək ki, sözügedən mütəxəssislərin millinin sükanı arxasına namizəd olmalarını 2 həftə öncə Sportinfo.az yazıb.

Digər Xəbərlər
Xəbər Lenti
22 Aprel 18:10 Çək və bizə göndər!
22 Aprel 11:00 Biri də sizin olsun…
22 Aprel 03:00 Nicat heç-heçə etdi
21 Aprel 22:55 Bəhanəyə yer qoymadı