AFFA əcnəbi ilə danışıq aparır - "Bizə təcrübəli məşqçi lazımdır"

8 Yanvar 2020 13:42 Milli komanda 1 254
AFFA əcnəbi ilə danışıq aparır -

AFFA milli komandanı növbəti dəfə əcnəbi mütəxəssisə tapşıracaq. Federasiya bu məqsədlə ölkə xaricində bəzi məşqçilərlə danışıq aparır.

Sportinfo.az xəbər verir ki, bu barədə AFFA İcraiyyə Komitəsinin üzvü, "Keşlə"nin Müşahidə Şurasının sədri Zaur Axundov federasiyanın bugünkü növbədənkənar iclasından sonra jurnalistlərə açıqlamasında məlumat verib:

"Ölkə xaricində bir neçə mütəxəssislə danışıq gedir. Bunu zamanın öhdəsinə buraxaq. Qərarı tək mən verə bilmərəm. AFFA rəhbərliyi, İcraiyyə Komitəsi var. Şəxsi fikrim odur ki, bizə təcrübəli məşqçi lazımdır".

Nikola Yurçeviçin istefaya göndərilməsindən sonra Robert Prosineçki ilə danışıq aparan AFFA xorvatiyalı mütəxəssisdən "yox" cavabı alıb.

Digər Xəbərlər
Xəbər Lenti