"Emil Balayev "Tobol"dan getmək istəyirsə, qoy, getsin"

7 Yanvar 2020 12:45 Milli komanda 2 039
"Emil Balayev "Tobol"dan getmək istəyirsə, qoy, getsin"

Qazaxıstanlı futbol mütəxəssis Askar Kocabergenov milli komandamızın qapıçısı Emil Balayevin "Tobol"un erməni baş məşqçisi Qriqori Babayana görə komandadan ayrılacağı xəbərlərinə münasibət bildirib.

Sportinfo.az xəbər verir ki, yerli mətbuata danışan veteran futbolçu bunu menecerlərin oyunu adlandırıb. Kocabergenovun fikrincə, Balayev getmək istəyirsə, onu saxlamaq lazım deyil:

"Balayev-Babayan məsələsi məni bir az qıcıqlandırır. Bu, tamamilə agentlərin hiyləsidir. Babayan bu vəziyyəti bütünlüklə Ermənistan və Azərbaycan arasındakı münaqişə fonunda nəzərdən keçirə bilməz, çünki burada böyüyüb. Düşünürəm ki, bunun onunla heç bir əlaqəsi yoxdur. Ona "afərin" düşür ki, məsələyə şərh vermir.

Bütün bunlar menecerlərdən qaynaqlanır. Bəlkə də qapıçının "Tobol"dan getməyini istəyirlər. Başa düşmürəm, niyə buna siyasi don geyindirmək istəyirlər. Əgər Balayev getmək istəyirsə, qoy, getsin".

"Tobol"dan ayrılması gündəmdə olan Emil komanda ilə birlikdə Birləşmiş Ərəb Əmirliklərinə təlim-məşq toplanışına yollanıb.

Digər Xəbərlər
Xəbər Lenti