Millimizin futbolçusu İspaniyada almanlarla qarşılaşacaq

7 Yanvar 2020 12:00 Milli komanda 699
Millimizin futbolçusu İspaniyada almanlarla qarşılaşacaq

Milli komandamızın yarımmüdafiəçisi Dmitri Nazarovun çıxış etdiyi "Erzgebirge" klubunun İspaniya toplanışı çərçivəsində yoxlama oyunu keçirəcəyi rəqiblər müəyyənləşib.

Sportinfo.az xəbər verir ki, Aue təmsilçisinin hər iki rəqibi Almaniya təmsilçiləri olacaq. II Bundesliqa klubu yanvarın 10-da "Maqdeburq", 4 gün sonra isə "Unterhahinq"lə üz-üzə gələcək.

"Erzgebirge" vətənə qayıtdıqdan sonra daha iki yoxlama matçında qüvvəsini sınayacaq. Yanvarın 28-dəki rəqib "Veen" olacaq. Ayın 21-dəki rəqib isə hələ dəqiqləşməyib.

Digər Xəbərlər
Xəbər Lenti