"Elxan Məmmədovla aramızda bu barədə söhbət olmayıb"

6 Yanvar 2020 20:35 Milli komanda 1 204
"Elxan Məmmədovla aramızda bu barədə söhbət olmayıb"

"Mən millinin futbolçularının oyunu bukmekerlərə qoyduğunu eşitməmişəm". Bu sözləri Sportinfo.az-a açıqlamasında Peşəkar Futbol Liqasının prezidenti Ramin Musayev deyib.

Məlumata görə, o, AFFA rəhbərliyinin bağlı qapılar arxasında keçirilən toplantısında bu haqda danışıb və konkret ad(lar) çəkib.

PFL-in birinci şəxsi bildirib ki, həmin oyunçu(lar) barədə konkret faktlar var, amma nədənsə adları ictimaiyyətdən gizli saxlanılır.

AFFA-nın baş katibi Elxan Məmmədov məsələdən xəbərdar olduğunu, lakin o futbolçuların millinin deyil, öz klublarının oyunlarına pul qoyuluşu etdiyini deyib.

Lakin federasiya rəsmisi hansı səbəbdən onların adlarının "qara siyahı"ya salınmadığını açıqlamayıb.

Saytımıza danışan R.Musayev bildirib ki, burada anlaşmazlıq var: "Belə bir şey olmayıb. Elxan Məmmədovla aramızda bu barədə hər hansı söhbət olmayıb".

Digər Xəbərlər
Xəbər Lenti
19 Aprel 16:30 Çək və bizə göndər!
19 Aprel 02:50 Nicat yenə məğlub oldu