"Tobol" onu saxlayıb, Emili göndərir

6 Yanvar 2020 13:00 Milli komanda 1 127
"Tobol" onu saxlayıb, Emili göndərir

Azərbaycan millisinin üzvü Emil Balayevlə yollarını ayırmağa hazırlaşan "Tobol" digər qapıçısı Sultan Busurmanovla müqavilə yeniləyib.

Sportinfo.az xəbər verir ki, Kostanay təmsilçisi qolkiperlə sözləşmənin müddətini 1 illik uzadıb. Məlumatı klubun rəsmi saytı yayıb.

"Tobol" bir müddət öncə heyətinə yeni qapıçı qatmışdı. Kostanaylılar İqor Şatski ilə 1+1 illik müqavilə imzalamışdı.

Balayevin bu ay Qazaxıstan klubunu tərk etməsi gözlənilir.

Digər Xəbərlər
Xəbər Lenti