Ramin Musayev AFFA-nı bir-birinə vurdu – "MİLLİNİN OYUNLARINA PUL QOYURLAR"

6 Yanvar 2020 09:30 Milli komanda 2 166
Ramin Musayev AFFA-nı bir-birinə vurdu –

"Milinin formasını geyinən bəzi futbolçuların bukmeyker kontorları ilə əlaqəsi" var".

Sportinfo.az-ın məlumatına görə, Peşəkar Futbol Liqasının (PFL) prezidenti Ramin Musayev belə bir iddia ilə çıxış edib.

O, AFFA rəhbərliyinin bağlı qapılar arxasında keçirilən toplantısında bu haqda danışıb və konkret ad(lar) çəkib. PFL-in birinci şəxsi bildirib ki, həmin oyunçu(lar) barədə konkret faktlar var, amma nədənsə adları ictimaiyyətdən gizli saxlanılır.

AFFA-nın baş katibi Elxan Məmmədov məsələdən xəbərdar olduğunu, lakin o futbolçuların millinin deyil, öz klublarının oyunlarına pul qoyuluşu etdiyini deyib. Lakin federasiya rəsmisi hansı səbəbdən onların adlarının "qara siyahı"ya salınmadığını açıqlamayıb.

Digər Xəbərlər
Xəbər Lenti