Şota Arveladze AFFA-ya həmyerlisini məsləhət görüb

5 Yanvar 2020 21:15 Milli komanda 1 803
Şota Arveladze AFFA-ya həmyerlisini məsləhət görüb

Ötən ilin dekabrında Bakıya gələn və AFFA-nın baş katibi Elxan Məmmədovla birlikdə "Qarabağ"ın "Düdelanj"la Avroliqa oyununu (1:1) mərkəzi arenada canlı izləyən Şota Arveladzenin Bakı səfərinin yeni təfərrüatları məlum olub.

Sportinfo.az-ın əldə etdiyi məlumata görə, "Paxtakor"u çalışdıran gürcüstanlı mütəxəssis öz həmyerlisi Kaxaber Sxadadzenin Azərbaycan millisinin sükanı arxasına namizədliyini irəli sürmək üçün paytaxtımıza təşrif buyurub. Hazırda Qazaxıstanda "Ordabası"nın baş məşqçisi olan Sxadadzenin uzun illər ölkəmizdə işlədiyini və futbolçuları yaxşı tanıdığını bildirən 46 yaşlı məşqçi onunla danışıqlar aparmaqda vasitəçilik edə biləcəyini vurğulayıb.

Arveladze Elxan Məmmədova deyib ki, milli Kaxaya tapşırılsa, həm maddi, həm də digər məsələlərdə heç bir problem olmayacaq. Baş katib isə cavabında Sxadadzenin adını namizədlər siyahısına əlavə edəcəyini söz verib.

2008-2014-cü illərdə ölkəmizdə "Standard", "İnter" (hazırkı "Keşlə") klublarını çalışdırmış Sxadadze 2015-ci ildə Gürcüstan millisinə də baçılıq edib. Bir il sonra yığmadan istefaya göndərilən mütəxəssis 2016-2017 mövsümündə "Kayrat"ın baş məşqçisi olub. O, 2018-ci ildən isə "Ordabası"nın sükanı arxasındadır. Geridə qalan mövsümü 3-cü pillədə tamamlayan Çimkənt təmsilçisi Avroliqada oynamaq hüququ qazanıb.

Digər Xəbərlər
Xəbər Lenti