AFFA Balayevi Superliqanın 4 klubuna təklif etdi

5 Yanvar 2020 18:00 Milli komanda 2 546
AFFA Balayevi Superliqanın 4 klubuna təklif etdi

Millimizin qapıçısı Emil Balayevin "Tobol"dan ayrılacağına dair xəbərlər bir-birini əvəzləməkdədir. 25 yaşlı "çərçivə" qoruyucusunun Kostanay klubunu tərk etmək məsələsi erməni baş məşqçi Qriqori Babayanın gəlişindən sonra sürətlənib.

Qazaxıstan mətbuatı Balayevin "Tobol"dan bu qış gedəcəyini iddia edir. Lakin Emilin komandasını dəyişmək istəməsinə yeni baş məşqçinin erməni olmasının təsir etmədiyi qənaətindədirlər.

Sportinfo.az-a daxil olan informasiyaya görə, artıq AFFA da millinin "1 nömrə"sinə çevrilən Emilin gələcək karyerasından narahatdır. Daha doğrusu, federasiya onun karyerasını normal bir klubda davam etdirməsini istəyir. AFFA rəsmiləri qapıçı ilə məhz bu istiqamətdə görüşüb, dəstəyini bildirib. Federasiyadan qolkiperə lazım olan köməkliyin göstəriləcəyi deyilib, artıq onun Türkiyə və Portuqaliya klublarına təklif edildiyi diqqətinə çatdırılıb.

Gənc qapıçının hansı klublara təklif edildiyi bizə də məlumdur. AFFA Superliqanın 4 klubu ilə təmas qurub. Bunlar "Trabzonspor", "Antalyaspor", "Ankaragücü" və "Kayserispor"dur.

Digər Xəbərlər
Xəbər Lenti