Qazax jurnalistlər Emil Balayevi "Tobol"dan göndərir

5 Yanvar 2020 16:08 Milli komanda 1 019
Qazax jurnalistlər Emil Balayevi "Tobol"dan göndərir

Qazaxıstanın "sports.kz" saytı "Tobol"un yeni baş məşqçisi Qriqori Babayanın gəlişindən sonra komandanı tərk etmək ehtimalı yüksək olan futbolçuların siyahısını dərc edib.

Sportinfo.az xəbər verir ki, qazaxlar Kostanay təmsilçisindən ən çox ayrılmaq ehtimalı olan futbolçu kimi millimizin qapıçısı Emil Balayevin adını qeyd ediblər.

Məlumata görə, kostanaylılar əsas qolkiperi ilə bu qış vidalaşacaqlar. Yeni qapıçı İqor Şatskinin istedadlı olduğu bildirilsə də, Balayevdən zəif olduğu diqqətə çatdırılıb. Məlumata görə, yığmamızının üzvünün agenti maddi mənada daha yaxşı klub axtarışına çıxıb. Maraqlıdır ki, Qazaxıstan mətbuatı Emilin klubu ilə yollarını ayırmaq ehtimalının yüksək olmasını heç bir halda erməni baş məşqçi ilə əlaqələndirməyib.

Yalnız qeyd olunur ki, yanvarda komandadan ayrılacaq adlar Fernander Kassayu, Viktor Dmitrenko, Bauırjan Turısbek və Emil Balayev olacaq.

Digər Xəbərlər
Xəbər Lenti
25 Aprel 18:10 Çək və bizə göndər!