"Çexiya ilə matçda istədiyimiz oyunu sərgilədik və qalib gəldik"

3 İyun 17:20 Milli komanda 499
"Çexiya ilə matçda istədiyimiz oyunu sərgilədik və qalib gəldik"

Minifutbol üzrə Azərbaycan millisi Çexiya ilə matçda istədiyi oyunu sərgiləyib.

Sportinfo.azı xəbər verir ki, bu barədə minifutbol üzrə Azərbaycan millisinin baş məşqçisi Elşad Quliyev mətbuat konfransında bildirib.

Mütəxəssis Slovakiyada keçirilən Avropa çempionatının 1/4 finalında Çexiyanı məğlub etdikləri (5:2) oyundan sonra fikirlərini bölüşüb:

"Çox gözəl oyun alındı. Rəqibi tam təhlil etmişdik. Güclü və zəif tərəflərini bilirdik.

Oyunçularımı təbrik edirəm. Nizam-intizama əməl etdilər. İstədiyimiz oyunu sərgilədik və qalib gəldik".

Digər Xəbərlər
Xəbər Lenti
22 Sentyabr 18:10 Çək və bizə göndər!
22 Sentyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM