Azərbaycan millisi Avstriyanın Bad-Valtersdorf şəhərində təlim-məşq toplanışına başlayıb.
Sportinfo.az xəbər verir ki, AFFA-nın icraçı vitse-prezidenti Sərxan Hacıyev və baş katib Cahangir Fərəcullayev məşqi yerində izləyib.
Yığma Avstriya toplanışı çərçivəsində iyunun 5-də Malta, iyunun 9-da isə San-Marino millisinə qarşı iki yoldaşlıq oyunu keçirəcək.
Macarıstanın Sombatxey şəhərində yerləşən “Haladaş” stadionunda təşkil olunacaq hər iki görüş Bakı vaxtı ilə saat 22:00-da başlayacaq.




























