Azərbaycan yarımfinal yolunda Çexiya ilə qarşılaşır

2 İyun 23:40 Milli komanda 132
Azərbaycan yarımfinal yolunda Çexiya ilə qarşılaşır

Bu gecə Azərbaycanın minifutbol millisi Slovakiyada keçirilən Avropa çempionatında 1/4 final oyununa çıxacaq.

Sportinfo.az xəbər verir ki, Elşad Quliyevin baş məşqçisi olduğu komanda Çexiya ilə qarşılaşacaq.

"Tipos Arena"da keçiriləcək görüş Bakı vaxtı ilə saat 00:00-da start götürəcək. Cütün qalibi yarımfinalda Rumıniya - Serbiya duelinin güclüsü ilə üz-üzə gələcək.

Azərbaycan millisi 1/8 finalda Qazaxıstan yığmasına qalib gəlib - 3:2. Komanda F qrupunda Avstriya (1:0), İtaliya (3:0) və Fransanı (3:2) məğlub edib.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti