Azərbaycanla Qazaxıstan 1/8 final matçında üz-üzə gəlir - CANLI YAYIM

1 İyun 23:40 Milli komanda 478
Azərbaycanla Qazaxıstan 1/8 final matçında üz-üzə gəlir - CANLI YAYIM

Minifutbol üzrə Azərbaycan millisi Slovakiyada keçirilən Avropa çempionatında bu gecə növbəti oyununa çıxacaq.

Sportinfo.az xəbər verir ki, Elşad Quliyevin komandası 1/8 finalda Qazaxıstanla üz-üzə gələcək.

Görüş Bakı vaxtı ilə saat 00:00-da başlanacaq.

Azərbaycan – Qazaxıstan cütünün qalibi 1/4 finalda Çexiya – Monteneqro duelinin güclüsü ilə qarşılaşacaq.

Millimiz F qrupunda bütün matçlarda qalib gələrək 9 xalla lider olub. Komanda Avstriya (1:0), İtaliya (3:2) və Fransanı (3:2) məğlub edib.

Oyunu bu linkdən canlı izləyə bilərsiz - https://icma.az/tv-canli/idman-tv

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
11 İyun 18:10 Çək və bizə göndər!