Azərbaycan millisində əcnəbi məşqçi işə başlayıb.
Söhbət Alberto Qarsiya Santamariyadan gedir.
İspaniyalı mütəxəssis fiziki hazırlığa cavabdehlik daşıyacaq.
Alberto artıq 3 gündür Bakıda təlim-məşq toplanışında olan yığmamızın düşərgəsindədir.
Avropalı baş məşqçi Ayxan Abbasova tanış simadır.
O, 2023/24 mövsümündə "Turan Tovuz"da birgə çalışıb.
Bölgə klubunda da fiziki hazırlıq üzrə məşqçi kimi fəaliyyət göstərib.
XANOĞLAN / SPORTİNFO.AZ

