“Sabah”dan çağırılan düşərgədən ayrıldı, “Neftçi”dən dəvət edildi

01:20 Milli komanda 132
“Sabah”dan çağırılan düşərgədən ayrıldı, “Neftçi”dən dəvət edildi

21 yaşadək futbolçulardan ibarət Azərbaycan millisinin heyətində dəyişiklik olub.

Sportinfo.az AFFA-nın saytına istinadən xəbər verir ki, “Sabah”ın qapıçısı Rəvan Mirzəmmədov zədə səbəbindən düşərgədən ayrılıb.

Onun əvəzinə “Neftçi”nin qolkiperi Nurəziz Əzizov heyətə dəvət edilib.

Mayın 28-dən Bakıda bir araya gələn U-21 bu gündən iyunun 10-dək Türkiyənin İsparta şəhərində təlim-məşq toplanışında olacaq.

Millimiz Türkiyədəki hazırlıq çərçivəsində iyunun 6-da Bəhreyn, 9-da isə Qırğızıstanın müvafiq yaş qrupundan ibarət komandasına qarşı yoldaşlıq oyunu keçirəcək.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
31 May 03:40 Batumidə 5 medal