Millimizin Avropa çempionatının 1/8 finalındakı rəqibi bilindi

02:20 Milli komanda 87
Millimizin Avropa çempionatının 1/8 finalındakı rəqibi bilindi

Minifutbol üzrə Azərbaycan millisinin Slovakiyada keçirilən Avropa çempionatının 1/8 final mərhələsindəki rəqibi bəlli olub.

Sportinfo.az xəbər verir ki, Elşad Quliyevin baş məşqçisi olduğu kollektiv növbəti raundda Qazaxıstan ilə üz-üzə gələcək.

Azərbaycan millisi F qrupunu 9 xalla birinci pillədə başa vurub. Qazaxıstan yığması 4 xalla E qrupunda ikinci olub.

Azərbaycan komandası qrup mərhələsində Avstriya (1:0), İtaliya (3:0) və Fransanı (1:0) məğlub edib.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti