Millinin düşərgəsində ab-hava hazırda necədir? - FOTOLAR

11:20 Milli komanda 278
Millinin düşərgəsində ab-hava hazırda necədir? - FOTOLAR

Bakıda Azərbaycanın əsas milli komandasının təlim-məşq toplanışı başlayıb.

Sportinfo.az xəbər verir ki, iyunun 1-dən 10-dək isə təlim-məşq toplanışı Avstriyanın Bad-Valtersdorf şəhərində davam etdiriləcək.

Millimiz Avstriya toplanışı çərçivəsində iyunun 5-də Malta, 9-da isə San Marino yığmasına qarşı iki yoldaşlıq oyunu keçirəcək.

Baş məşqçi Ayxan Abbasovun rəhbərliyi altında hazırlıq prosesində aşağıda adları qeyd edilən futbolçular iştirak edirlər:

Qapıçılar: Rza Cəfərov ("Qəbələ"), Şahrudin Məhəmmədəliyev ("Qarabağ"), Emil Balayev ("Neftçi")

Müdafiəçilər: Bədavi Hüseynov, Elvin Cəfərquliyev, Toral Bayramov (hamısı "Qarabağ"), Cəlal Hüseynov ("Arda", Bolqarıstan), Anton Krivotsyuk ("Daejon Hana", Cənubi Koreya), Rahil Məmmədov ("Araz-Naxçıvan"), Elvin Bədəlov ("Neftçi"), Rəhman Daşdəmirov, Tellur Mütəllimov ("Sabah"), Qismət Alıyev ("Zirə"), Rüfət Abbasov ("Şamaxı")

Yarımmüdafiəçilər: Emin Mahmudov, Emil Səfərov (ikisi də "Neftçi"), Səbuhi Abdullazadə, Rüstəm Əhmədzadə (hər ikisi "Sumqayıt"), Rəhim Sadıxov, Ayxan Hüseynov (hər ikisi "Turan Tovuz"), Abdulla Xaybullayev, Aleksey İsayev, Xəyal Əliyev (hamısı "Sabah"), Vüsal İsgəndərli ("Partizani", Albaniya)

Hücumçular: Nəriman Axundzadə ("Kolumbus Kryu", ABŞ), Mahir Emreli ("Kayzerslautern", Almaniya), Renat Dadaşov ("Motor", Polşa)

Fotolar: AFFA-nın mətbuat xidməti

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti