Millimizə yeni similar cəlb olundu - FOTOLAR

08:20 Milli komanda 278
Millimizə yeni similar cəlb olundu - FOTOLAR

21 yaşadək futbolçulardan ibarət Azərbaycan millisi Bakıda təlim-məşq toplanışına başlayıb.

Sportinfo.az xəbər verir ki, hazırlıq prosesi Milli Komandaların Təlim-Məşq Mərkəzində keçirilib.

Məşqin ilk 15 dəqiqəsi media nümayəndələri üçün açıq olub.

Futbolçular əvvəlcə isinmə hərəkətləri yerinə yetiriblər. Daha sonra məşq prosesi müxtəlif taktiki və texniki çalışmalarla davam edib.

Toplanışın diqqətçəkən məqamlarından biri Lorenzo Mezzoteronun millidə ilk məşqinə çıxması olub. İtaliyanın “Sampdoriya” klubunun U-19 komandasında çıxış edən futbolçu yığmanın hazırlıq prosesində iştirak edib.

Belçikanın “Sent-Truiden” klubundan milliyə dəvət edilmiş yarımmüdafiəçi Mustafa Kamara isə düşərgəyə sabah qoşulacaq.

U-21-in hazırlıq prosesi 30 may tarixinə kimi Bakıda həyata keçiriləcək. Komanda 31 maydan 10 iyuna qədər isə Türkiyənin İsparta şəhərində təlim-məşq toplanışını davam etdirəcək.

Azərbaycan yığması Türkiyədəki hazırlıq çərçivəsində iki yoldaşlıq görüşünə çıxacaq. U-21 millisi 6 iyunda Bəhreyn, 9 iyunda isə Qırğızıstanın müvafiq yaş qrupundan ibarət komandası ilə qarşılaşacaq.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti