“Komandada ab-hava yaxşıdır”.
Sportinfo.az xəbər verir ki, bu sözlər U-21-in baş məşqçisi Rəşad Eyuvova aiddir.
Mütəxəssis Bakıda start verdikləri təlim-məşq toplanışı ilə bağlı danışıb:
"Hazırlığa yaxşı temlə start vermişik. İnanırıq ki, toplanışın sonuna qədər hər şey yüksək səviyyədə davam edəcək".
O, Türkiyədə keçirəcəkləri yoxlama oyunlarında maksimum nəticə qazanmaq istədiklərini bildirib:
“Türkiyədə bizi iki yoxlama oyunu gözləyir. Lakin heç vaxt rəsmi matçlarla yoxlama görüşlərini ayırmıram. Məqsədimiz ancaq maksimum nəticə əldə etmək olacaq".
U-21 mayın 28-dən 30-dək Bakıda, mayın 31-dən iyunun 10-dək isə Türkiyənin İsparta şəhərində təlim-məşq toplanışında olacaq.
Türkiyədəki hazırlıq çərçivəsində iyunun 6-da Bəhreyn, 9-da isə Qırğızıstanın müvafiq yaş qrupundan ibarət komandasına qarşı 2 yoldaşlıq oyunu keçirəcək.
"Sav" stadionunda baş tutacaq hər iki matçın Bakı vaxtı ilə saat 18:00-da başlanması nəzərdə tutulur.

