Avropa çempionatına hazırlaşan millinin Bakıdakı son məşqindən FOTOLAR

26 May 02:30 Milli komanda 565
Avropa çempionatına hazırlaşan millinin Bakıdakı son məşqindən FOTOLAR

Minifutbol üzrə Azərbaycan yığması Avropa çempionatına hazırlığın son mərhələsini Bakıda davam etdirir.

Sportinfo.az xəbər verir ki, komanda Slovakiyanın paytaxtı Bratislavada keçiriləcək turnir öncəsi son məşqinə çıxıb.

Hazırlıq prosesində milli komandanın bütün futbolçuları iştirak ediblər.

Baş məşqçi Elşad Quliyevin rəhbərliyi altında baş tutan məşqdə oyunçular əvvəlcə isinmə hərəkətləri edib, ardından taktiki çalışmalar və müxtəlif təmrinlər yerinə yetiriblər.

Mayın 27-də start götürəcək Avropa çempionatı iyunun 4-dək davam edəcək. Azərbaycan millisi F qrupunda İtaliya, Fransa və Avstriya seçmələri ilə qarşılaşacaq.

Digər Xəbərlər
Xəbər Lenti
22 Sentyabr 18:10 Çək və bizə göndər!
22 Sentyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM