Şans millimizin üzünə güldü, Qazaxıstana qalib gəldik

14:20 Milli komanda 184
Şans millimizin üzünə güldü, Qazaxıstana qalib gəldik

17 yaşadək futbolçulardan ibarət Azərbaycan yığması UEFA İnkişaf Turnirində ikinci oyuna çıxıb.

Sportinfo.az xəbər verir ki, millimiz Qazaxıstanın müvafiq yaş qrupundan ibarət komandası ilə qarşılaşıb.

Qazaxıstanın Çimkənd şəhərində yerləşən “Namys” stadionunda keçirilən görüşün əsas vaxtı 1:1 hesabı ilə yekunlaşıb. Millimizin heyətində qolu 18-ci dəqiqədə Ruslan Quliyev vurub.

Oyundan sonrakı penaltilər seriyasında daha dəqiq oynayan Aqil Nəbiyevin yetirmələri 4:2 hesablı qələbə qazanıb.

U-17 turnir çərçivəsində son oyununu aprelin 30-da Pakistan yığmasına qarşı keçirəcək.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti