20 yaşadək futbolçulardan ibarət Azərbaycan millisi yaxşı komanda olacaq.
Sportinfo.az xəbər verir ki, bunu yığmanın üzvü Toğrul Tapdıqlı jurnalistlərə açıqlamasında bildirib.
Təlim-məşq toplanışı barədə danışan hücumçu komandanın yeni yığıldığını söyləyib:
"Bu, bizim ilk toplanışımızdır. Hələlik bir az boşluqlar mövcuddur.
Qarşıda vaxtımız da var. Bu boşluqları aradan qaldıracağımıza və yaxşı komanda olacağımıza ümid edirəm".
T.Tapdıqlı aprelin 13-dən hazırlıq prosesində olduqlarını xatırladıb:
"Təlim-məşq toplanışı başa açır. 2027-ci ildəki dünya çempionatına hazırlaşmaq üçün buradayıq.
Həmin yarışa Özbəkistanla birlikdə ev sahibliyi edəcəyik. Məşqlər çox yaxşı keçir.
Peşəkar mütəxəssislərlə birlikdə işlədiyimiz hiss olunur. Yeni məşqçilər korpusuna uyğunlaşmaq çoz asandır.
Bir-birimizi başa düşürük. Bizdən istədiklərini verməyə çalışırıq.
Baş məşqçi daha çox oyuna nəzərət etməyimizi tələb edir. Həm də rahat oynamağımızı istəyir".
O, futbolçularda uyğunlaşma probleminin də olmadığını sözlərinə əlavə edib:
"Çempionatda bir yerdə oynayıyıq, bir-birimizi tanıyırıq. Müxtəlif milli komandalarda birlikdə olmuşuq. Bir-birimizə bələdik".
U-20 aprelin 26-dək Qəbələdə təlim-məşq toplanışında olacaq.
Komanda 2027-ci ildə Azərbaycan və Özbəkistanda keçiriləcək FIFA U-20 dünya çempionatında iştirak edəcək.

