"Mən Ximkidə doğulmuşam və bütün ömrüm boyu Rusiyada yaşamışam. Vətəndaşlığı dəyişmək fikri ağlımdan belə, keçməyib”.
Sportinfo.az xəbər verir ki, bunu Moskva "Dinamo"sunun azərbaycanlı futbolçusu Ülvi Babayev deyib.
Gənc yarımmüdafiəçi vətəndaşlığını dəyişmək barədə düşünmədiyini vurğulayıb:
“Atama, anama, ailəmə və bütün qohumlarıma böyük hörmətlə yanaşıram, lakin mən Rusiyada tərbiyə almışam və burada böyümüşəm.
Hesab edirəm ki, seçim etmək hüququm var və buna görə də Rusiya millisini seçmişəm".

