“Məqsəd çempion olmaq və A divizionuna vəsiqə qazanmaqdır”

08:50 Milli komanda 96
“Məqsəd çempion olmaq və A divizionuna vəsiqə qazanmaqdır”

Azərbaycanın çimərlik futbolu millisi Türkiyədə keçirdiyi 5 yoldaşlıq görüşünün hamısında qələbə qazanıb.

Sportinfo.az xəbər verir ki, bunu "report"a açıqlamasında millinin baş məşqçisi Sahib Məmmədov deyib.

S.Məmmədov hazırlıq prosesinin səmərəli keçdiyini vurğulayıb:

"Təlim-məşq toplanışının yaxşı keçdiyini düşünürəm. Moldova seçməsinə qarşı üç, "Alanyaspor" klubuna qarşı isə iki oyun keçirdik və hər birində qalib gəldik.

Əsas məqsədlərimizdən biri heyətə yeni cəlb etdiyimiz gənc futbolçuları yoxlamaq idi. Bu hazırlıq prosesinin həm fiziki və taktiki, həm də oyun praktikası cəhətdən komandaya çox xeyri oldu".

O, qarşıdakı planlar barədə də danışıb:

"Gürcüstanın Batumi şəhərində keçiriləcək Avropa çempionatının startına hələ iki ay var. Hazırda əsas məqsəd həmin turnirdə çempion olmaq və A divizionuna vəsiqə qazanmaqdır".

Azərbaycan millisi Avropa çempionatının B divizionunda yarışacaq. Gürcüstanda baş tutacaq turnirdə 8 komanda – Gürcüstan, Azərbaycan, Latviya, Qazaxıstan, Belçika, Malta, İngiltərə və Norveç milliləri mübarizə aparacaq.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
16 Aprel 18:10 Çək və bizə göndər!
16 Aprel 14:20 Bir də yayda qayıdacaq