“Maqsud Adıgözəlov elə adam deyil ki, bunu desin”

13:40 Milli komanda 163
“Maqsud Adıgözəlov elə adam deyil ki, bunu desin”

Mövsümün əvvəlində “Sabah” klubundan problemli şəkildə ayrılan Yusif İmanovun milli komandaya çağırılmaması ətrafında müzakirələr yaranıb.

Onun “Sabah”ın prezidenti, həm də İcraiyyə Komitəsinin üzvü olan Maqsud Adıgözəlovun təkidi ilə yığmadan kənarda qalması barədə iddialar da gündəmə gəlib.

Sportinfo.aiz xəbər verir ki, “Futbolumuz” verilişində bu məsələ geniş şəkildə müzakirə olunub.

Verilişin eksperti Emin Abbasov Yusif İmanovun milliyə dəvət almaması ilə bağlı fikirlərini belə ifadə edib:

“Açığı, gözləyirdim ki, Ayxan Abbasovun Yusif İmanovun milliyə dəvət almamasıyla bağlı tutarlı cavabı olacaq. Amma o da suala sualla cavab verməklə məsələnin daha da qabarmasına gətirib çıxartdı durumu.

Yəqin ki, idman mətbuatında Maqsud Adıgözəlovu mənim qədər tanıyan yoxdur. “Sabah”da idman direktoru olmuşam,

2 il Maqsud müəllimlə bir yerdə çalışmışam. Nə Ayxan Abbasov elə məşqçidir ki, sifariş qəbul etsin, nə də Maqsud Adıgözəlov elə adamdır ki, bunu desin”.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti