Azərbaycan millisi tarixində ilk dəfə kubok qazandı.
Martda ölkəmizdə təşkil olunan “FİFA Series-2026” turnirinin qalibi adı məhz yığmamıza nəsib oldu.
Martın 27-də Sent-Lüsiyanı 6:1 hesabı ilə darmadağın edən Ayxan Abbasovun çalışdırdığı komanda 3 gün sonra Syerra-Leoneni penalti seriyasında üstələyərək (9:8) yarışın qalibi oldu.
Oyundan sonra və mükafatlandırma mərasimində milli üzvlərinin hədsiz sevinc nümayiş etdirməsi ictimaiyyət tərəfindən birmənalı qarşılanmadı.
Seçmə mərhələ görüşlərində müşayiət olunan ardıcıl yenilgilərin fonunda Sent-Lüsiya kimi zəf rəqibi udmaq, Syerra-Leoneni penaltilər hesabına üstələmək azarkeşlərin qınağına səbəb oldu.
Həqiqətənmi kubokun önəmi bu qədər böyükdür? Mino-turnirin qalibi adını qazanmağı bayram ab-havasına çevirmək normal idi?
Futbolsevərlərin bir qisminin futbolçuların sevinc hissinə etiraz etməsi normaldır?
Yığmanın və “Sabah”ın yarımmüdafiəçisi Abdulax Xaybulayev Sportinfo.az-ın mövzu ilə bağlı suallarını cavablandırıb:
“FİFA-nın bayrağı altında keçirilən yarışdır. Mübarizə aparmışıq, hər iki oyunda qalib gəlib kuboku qazanmışıq.
İstənilən komanda qələbə qazananda sevinir. Kubok qazanan komandanın ağladığını görmüsünüz? Qalib olub sevinmişik. Burada pis nə var ki?
FİFA-nın təşkil etdiyi yarış məhəllə çempionatı ola bilməz ki. Bütün dünyada keçirilən turnirdir. Mən burada pis heç nə görmürəm.
Penalti zərbələrində üstün oynadığımıza görə sevindik. Sonra kuboku təqdim etdilər, qalib olduğumuza görə sevindik.
Qeyri-adi heç nə etməmişik. Ağlasığmaz nəsə etməmişik ki, bizi qınasınlar. Sadəcə qələbələrə sevinmişik. Bu qədər”.
HƏBİB

