Millinin yeni məşqçisi ilə bağlı qərar verildi - İki yerdə çalışacaq

8 Aprel 22:20 Milli komanda 1 742
Millinin yeni məşqçisi ilə bağlı qərar verildi - İki yerdə çalışacaq

Vaqif Cavadov "Sumqayıt"dan ayrılmayacaq.

U-20-nin köməkçi məşqçisi vəzifəsinə təyin olunan mütəxəssis hazırkı iş yerində qalacaq.

Cavadov "Sumqayıt-2"nin baş məşqçisidir.

Gənc mütəxəssis bir neçə gün əvvəl U-20 millisində Ruy Jorjenin köməkçisi təyin olunub.

Millimizin veteran hücumçusu yaya qədər hər iki postda işini icra edəcək.

Mövsümün sonunda isə məsələyə yenidən baxılacaq.

Böyük ehtimal Cavadov klubdan ayrılıb, tam olaraq Bakıda keçiriləcək dünya çempionatına hazırlaşan milliyə kömək edəcək.

XANOĞLAN / SPORTİNFO.AZ

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti