Sumqayıtda keçirilən “FİFA Series-2026“nın qalibi olan Azərbaycan millisinin növbəti planı müəyyənləşib.
AFFA-dan saytımıza verilən məlumata görə, komanda mayın son günlərində bir araya gələcək.
Ayxan Abbasovun çalışdırdığı kollektiv iyunun 1-də Avstriyaya yollanacaq. Tirol bölgəsində təşkil olunacaq təlim-məşq toplanışı 10 gün davam edəcək.
Yığmamız həmin gün müddətdə iki yoxlama matçına çıxacaq. Sparrinqlər də məlumdur - Malta və San Marino.
Federasiya baş məşqçinin istəyi üzərinə belə seçim edib.
Çünki millimiz sentyabrda start götürəcək UEFA Millətlər Liqasının D Liqasının ikinci qrupunda aşağı-yuxarı onlar səviyyəsində komandalarla üz-əzə gələcək.
Abbasov bu qənaətdədir ki, Lixtenşteyn və Litvanın oyun üslubu hardasa Malta ilə San Marinoya oxşardır.
SPORTİNFO.AZ

