“FIFA Series – 2026”nın Syerra Leone ilə keçirilən final oyunu Azərbaycan millisinin müdafiəçisi Bədavi Hüseynov üçün əlamətdar olub.
Sportinfo.az xəbər verir ki, təcrübəli oyunçu 80-ci dəfə meydana çıxmaqla milli tarixində ən çox oyun keçirən 3-cü futbolçu ünvanına şərik olub.
Kamran Ağayevi geridə qoyan Hüseynov “Qarabağ”ın sabiq kapitanı Aslan Kərimovla göstəriciləri bərabərləşdirib.
Onun geridə qoyduğu tək futbolçu Ağayev olmayıb.
Belə ki, Patrik Klyuvert, Dennis Berqkamp, Mark van Bommel (hamısı Niderland), Torsten Frinqs, Mario Qomes (hər ikisi Almaniya), Nuno Qomeş (Portuqaliya), Rober Pires (Fransa), Andreas Kristensen (Danimarka), Manuel Akanji (İsveçrə), Demetrio Albertini (İtaliya) və Dimitar Berbatov (Bolqarıstan) kimi məşhur similar da artıq Bədavidən geridədir.
Onların çoxu karyerasını bitirdiyindən, millimizin vitse-kapitanına çatmaq şansları yoxdur. Hüseynov daha bir matçda iştirak edərsə, sabiq komanda yoldaşı Maksim Medvedevə çatmış olacaq.
Millimizin heyətində bu baxımdan rekordu Rəşad Sadıqovdur. Sabiq müdafiəçi yığmada 111 görüşdə meydanda olub.

