Azərbaycan yılğmasına 4 yeni oyunçu cəlb olundu

03:40 Milli komanda 140
Azərbaycan yılğmasına 4 yeni oyunçu cəlb olundu

Azərbaycanın çimərlik futbolu millisi Moldova yığması və "Alanyaspor"la yoldaşlıq oyunları keçirəcək.

Sportinfo.az xəbər verir ki, bunu "report"a açıqlamasında komandanın baş məşqçisi Sahib Məmmədov deyib.

O, komandanın təlim-məşq toplanışının detallarını açıqlayıb:

"Toplanış bu gün başlayır və aprelin 13-nə qədər davam edəcək. Planda Moldova millisi ilə üç yoldaşlıq oyunu keçirmək var. Bu qarşılaşmalar aprelin 5-i, 7-si və 8-də baş tutacaq. Daha sonra ayın 10-u və 11-də Türkiyənin "Alanyaspor" klubu ilə iki yoldaşlıq görüşü olacaq. Səfərin əsas məqsədi məhz bu oyunlarda qüvvəmizi sınamaqdır".

S.Məmmədov qeyd edib ki, əsas hədəf iyulda Gürcüstanda keçiriləcək mötəbər turnirdir:

"İyulda Batumidə keçiriləcək Avropa çempionatına hazırlaşırıq. Hazırda heyətdə 13 futbolçu var. Onlardan 4-ü - İsa Zeynallı, Tural Qürbətov, İsa İsayev və Emil Umarov yenidirlər. Bakıda olduğumuz müddətdə də məşqləri həftədə üç dəfə olmaqla davam etdirirdik. İnanıram ki, bu toplanışdan sonra hazırlıq səviyyəmizi bir az da artıracağıq və Batumidəki turnirə qədər tam hazır vəziyyətə gələcəyik".

Azərbaycan millisi Avropa çempionatının B divizionunda yarışacaq. Turnirdə 8 komanda – Gürcüstan, Azərbaycan, Latviya, Qazaxıstan, Belçika, Malta, İngiltərə və Norveç milliləri mübarizə aparacaq.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti