21 yaşadək futbolçulardan ibarət Azərbaycan millisi Avropa çempionatının seçmə mərhələsində növbəti oyununu keçirib.
Səfərdə Bolqarıstanla üz-üzə gələn Rəşad Eyyubovun baş məşqçisi olduğu kollektiv rəqibi ilə qolsuz bərabərə qalıb.
Meydan sahiblərinin heyətində Georgi Çorbaciyski 82-ci dəqiqədə ikinci sarı vərəqənin ardından qırmızı vərəqə ilə cəzalandırılaraq meydandan qovulub.
Plovdiv şəhərində baş tutan bu görüş yığmamızın üzvlərinə normal pul qazandırıb. Belə ki, AFFA qolsuz heç-heçəyə görə oyunçuların hər birinə 3000 manat mükafat ödəyib.
U-21 altı komandanın yer aldığı B qrupunda 6 xalla beşinci pillədə qərarlaşıb. Meydan sahibləri 11 xalla dördüncüdür.
SPORTİNFO.AZ

