Azərbaycana yeni gələn baş məşqçi bəyəndi - Ora gedirik

09:40 Milli komanda 162
Azərbaycana yeni gələn baş məşqçi bəyəndi - Ora gedirik

Əvəzedicilər Liqasında iki həftəlik fasilə yaranacaq.

Bu, 2027-ci ildə Azərbaycan və Özbəkistanda baş tutacaq FIFA U-20 dünya çempionatına hazırlıq məqsədilə Azərbaycan millisinin təlim-məşq toplanışının keçirilməsi ilə bağlıdır

"Toplanış 13-26 aprel tarixlərini əhatə edəcək. AFFA və Peşəkar Futbol Liqasının məsləhətləşmələrindən sonra bütün potenisal futbolçuların sınaqdan keçirilməsi məqsədilə Əvəzedicilər Liqasının təqvimində iştirakçı komandaların məlumatlandırılması şərtilə dəyişiklik ediləcək.

Belə ki, Əvəzedicilər Liqasının aprelin 13-də keçiriləcək oyunlarından sonra yarışda iki həftəlik fasilə yaranacaq. Yarışın oynanılmayan hissəsinin yeni təqvimi ilə bağlı əlavə məlumatlar veriləcək", - deyə Peşəkar Futbol Liqasından bildirilib.

AFFA-dan aldığımız məlumata görə, U-20 həmin müddətdə bölgəyə üz tutacaq. Milli iki həftəyə yaxın Qəbələdə qalacaq və hazırlıq keçəcək.

Baş məşqçi Rui Jorje o arada seleksiya xarakterli toplanış təşkil edəcək. Portuqaliyalı mütəxəssis yazınlarda sözügedən rayona yollanıb, şəraiti incələyib və yer olaraq buranı bəyənib.

SPORTİNFO.AZ

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti