"Ölkə rəhbərliyi hər zaman futbola və idmana böyük dəstək verir".
Sportinfo.az xəbər verir ki, bu sözləri AFFA-nın prezidenti Rövşən Nəcəf deyib.
O, Azərbaycan millisinin uğurlu nəticələr qazandığını bildirib:
"Ayxan Abbasovun gəlişindən sonra komandada intizam və oyun planında inkişaf hiss olunur. Bu dönəmdə millinin başına keçməyə razılıq verən Ayxan Abbasova təşəkkür edirik.
Milli "FIFA Series" turnirin qalibi oldu. Bu fikirləri qadınlardan ibarət yığmaya da aid etmək olar".
Qurum rəsmisi "Qarabağ"ın Azərbaycan futbolunun beynəlxalq nüfuzuna töhfə verdiyini söyləyib.
R. Nəcəf Azərbaycan və Özbəkistanın 2027-ci ildə 20 yaşadək kişilər arasında futbol üzrə dünya çempionatında ev sahibliyi edəcəyini xatırladıb:
"Bu da hər iki ölkənin futbola necə önəm verdiyini göstərir".

