AFFA daha bir yaş qrupu üzrə millinin baş məşqçisi haqda qərar verib.
Federasiya U-17ni çalışdıran Aqil Nəbiyevlə müqavilənin müddətini uzatmayıb.
Buna səbəb yığmanın Bolqarıstanın Plovdiv şəhərində keçirilən Avropa çempionatının seçmə mərhələsinin ikinci raundunda qarşısına qoyulan məqsədə çata bilməməsidir.
B liqasının 2-ci qrupunda yer alan komandamız Malta ilə 2:2 edərək, üçüncü yeri tutub. Daha əvvəl Bolqarıstan (1:1) və Litva ilə (0:0) heç-heçəyə imza atan yığmamız 3 xal toplayaraq, qitə birinciliyi ilə vidalaşıb.
Aqil Nəbiyevdən öncə isə U-19 Avropa çempionatının seçmə mərhələsinin I raundunda mübarizəni dayandırıb.
B liqasının 6-cı qrupunda yer alan milli Litvanın Kaunas şəhərində Şimali İrlandiyaya 1:2 hesabıyla uduzub. İlk oyunda ev sahibi Litvaya 4 cavabsız qolla uduzan komandamız qrupda sonuncu yeri tutub.
Bu, İlham Yadullayevin U-19-un sükanı arxasında sonuncu sınağı olub.
Uğursuzluğu əsas götürən AFFA rəhbərliyi baş məşqçi və onun köməkçiləri ilə müqaviləni uzatmamağı lazım bilib.
SPORTİNFO.AZ

