Avropada qalmağın yolunu "Sportinfo"ya açıqladı: "Ondan sonra daha rahat olur"

20:00 Milli komanda 147
Avropada qalmağın yolunu "Sportinfo"ya açıqladı: "Ondan sonra daha rahat olur"

Ölkə xaricinə gedən azərbaycanlı futbolçuların ən böyük problemi vətənə erkən qayıtmalarıdır.

Buna görə az da tənqid olunmayıblar.

Amma say az olsa da, uzun müddət duruş gətirənlər yox deyil.

Məsələn, Vüsal İsgəndərli kimi.

30 yaşlı yarımmüdafiəçi 2021-ci ildən legioner həyatı yaşayır.

Yarım mövsümlük "Sumqayıt" dönəmi xaric bir qayda olaraq vətəndən kənarda top qovub.

Görəsən, bunun sirri nədədir? Ölkəyə erkən qayıdanlardan fərqli olaraq İsgəndərli uzun müddət legioner həyatı yaşamağı necə bacarır?

Albaniya təmsilçisi "Partizani"nin üzvü Sportinfo.az-a açıqlamasında suallara cavab olaraq bunları dedi:

"Bəli, əslində sirri var. İlk dəfə Türkiyədə legioner həyatı yaşayıb qayıdanda 24 yaşım vardı.

Onda bunu əksəriyyət aqressiv qarşılayırdı. Ki, bu da getdi erkən qayıtdı. Amma geri qayıtmağıma məndən asılı olmayan səbəblər vardı.

"Sumqayıt" bir şərtlə qayıtmışdım - əgər Avropadan təklif gəlsə, yenidən qayıdacam. Bu şərti klubların çoxu qəbul etməmişdi.

Amma "Sumqayıt" qəbul etmişdi. Elə burdan klubun rəhbəri Riad Rəfiyevə, o zaman klubda olan Zamiq müəllimə təşəkkür edirəm.

Sonra yenidən xaricə qayıtdım. Bir müddət çətinlik çəkirsən. Ailədən, ölkəndən, sevdiklərindən uzaq düşürsən.

Öz komfortundan kənara çıxırsan. Buna öyrəşənə qədər çətin olur. Mənə görə həmin müddət 1 ildi. Ondan sonra daha rahat olur".

XANOĞLAN

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti